"Barselona" futbolçusu ilə sağollaşdı

İspaniyanın "Barselona" komandasında ayrılıq baş verib.
90plus.az xəbər verir ki, La Liqa çempionu olan klub Oriol Romeu ilə yollarını ayırıb. Bu barədə "Marca" nəşri məlumat yayıb.
33 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı anlaşma əsasında son verilməsi qərara alınıb.
Xatırlatma: "Barselona" Oriol Romeunu 2023-cü ilin yayında "Jirona" klubundan heyətinə qatmışdı.
© Copyright 2025, All Rights Reserved