“Barselona” ili lider kimi 7-ci ardıcıl qələbə ilə başa vurdu
“Barselona” ili lider kimi başa vurdu – “Vilyarreal” səfərindən inamlı qələbə!
90plus.az xəbər verir ki, “Barselona” 2025-ci ilin son oyununda səfərdə 10 nəfərlə qalan “Vilyarreal”ı 2:0 hesabı ilə məğlub edərək ili La Liqanın lideri kimi başa vurdu. Bu, Hansi Flikin komandasının 7-ci ardıcıl qələbəsidir.
Görüşün ilk hissəsində Rafinya 12-ci dəqiqədə penaltini dəqiq yerinə yetirdi. İkinci hissədə isə Lamin Yamal 63-cü dəqiqədə fərqlənərək kataloniyalıların qələbəsini rəsmiləşdirdi.
Bu nəticə ilə “Barselona” çempionatın zirvəsində mövqeyini qorudu. Xüsusilə Lamin Yamalın çıxışı diqqət çəkdi — gənc futbolçu mövsüm ərzində 9 qol və 11 assistlə ümumilikdə 20 qola birbaşa töhfə verib:
Vilyareal 0 - 2 Barselona
Rafinya 12’ (pen.)
L. Yamal 63’
Qollar:
https://t.me/doxsanplus/112671
https://t.me/doxsanplus/112676
© Copyright 2026, All Rights Reserved