“Barselona” ilk ev matçını bu stadionda keçirəcək

“Diario Sport”un yaydığı məlumata görə, “Barselona” növbəti mövsümdə La Liqadakı ilk ev oyununu 6 min tamaşaçı tutumuna malik “Estadi Yohan Kroyf” stadionunda keçirməyi planlaşdırır.
90plus.az xəbər verir ki, Kataloniya klubu “Kamp Nou”da ənənəvi Joan Gamper Kubokunu keçirmək üçün Barselona Şəhər Şurasından ilkin istifadə icazəsi ala bilmədiyi üçün görüşü “Yohan Kroyf” stadionuna köçürmək məcburiyyətində qalır.
Bu arada “Barselona”nın hazırda müvəqqəti ev stadionu olan “Estadi Olímpic Lluís Companys” 12 sentyabr tarixində Post Malone-un konserti səbəbindən klubun istifadəsində olmayacaq.
Əgər oyun “Yohan Kroyf” stadionunda keçirilsə, bu, “Kamp Nou”nun planlaşdırılan 30-60 minlik qismən tutumlu açılışı ilə müqayisədə klubun gəlirlərinə ciddi mənfi təsir göstərəcək.
Klub prezidenti Xoan Laporta bildirib ki, “Barselona” UEFA-ya müraciət edərək Çempionlar Liqasının ilk ev oyununu ikinci turda keçirmək istəyib. Çünki UEFA qaydalarına əsasən, qrup mərhələsi üçün bir stadionun istifadəsi tələb olunur.
Əgər müvafiq icazələr alınmasa, “Barselona” La Liqada “Valensiya” ilə oyundan sonra Çempionlar Liqasının qrup mərhələsi başa çatana qədər Montjüik stadionuna qayıda bilər.
Klubun planı isə “Kamp Nou”nun mərhələli şəkildə açılmasını təmin etməkdir — məqsəd 2026-cı ilin iyun ayına qədər stadionun tam tutumla, yəni 105 min azarkeşlik formada istifadəyə verilməsidir.
© Copyright 2025, All Rights Reserved