“Barselona” "İnter"in müdafiəçisini transfer etmək istəyir
Kataloniya klubu yay transfer pəncərəsində Alessandro Bastonini heyətinə qatmaq istəyir. Lakin transferin baş tutması bir sıra amillərdən asılıdır.
90plus.az xəbər verir ki, “İnter” əsas müdafiəçilərindən biri olan Alessandro Bastoni ilə yollarını ayırmaq istəmir. Milan təmsilçisi yalnız yüksək məbləğ qarşılığında futbolçunu sata bilər və onun qiyməti təxminən 80 milyon avro olaraq dəyərləndirilir.
Digər tərəfdən, “Barselona” artıq “Mançester Yunayted”dən Markus Raşford transferini təxminən 30 milyon avroya rəsmiləşdirmək üzərində işləyir və yayda yeni hücumçu almağı da planlaşdırır. Bu səbəbdən Bastoni transferinin reallaşması klubun böyük transfer büdcəsi ayırmasından asılı olacaq.
“Barselona” müdafiə xətti üçün alternativ variantları da nəzərdən keçirir. Bunlar “Roma”nın müdafiəçisi Evan Ndika və hazırda “Hamburq”da icarədə çıxış edən “Tottenhem”in gənc futbolçusu Luka Vuskovicdir.
© Copyright 2026, All Rights Reserved