"Barselona" İtaliyadan futbolçu alır
"Barselona" "Yuventus"un futbolçusu Andrea Kambiaso ilə maraqlanır.
90plus.az xəbər verir ki, Kataloniya təmsilçisi hər iki cinahda oynaya bilən universal müdafiəçi axtarır və 26 yaşlı italiyalı bu tələblərə uyğun namizədlərdən biri hesab olunur.
Bildirilib ki, "Barselona" son aylarda futbolçunun çıxışlarını yaxından izləyir. Turin klubu isə Kambiasoya görə ən azı 50 milyon avro tələb edir və daha aşağı təklifləri qəbul etmək niyyətində deyil.
Qeyd: Andrea Kambiasonun "Yuventus"la müqaviləsi 2029-cu ilin 30 iyun tarixinə qədər qüvvədədir. O, bu mövsüm A Seriyasında 28 oyunda iştirak edib, 3 qol vurub və 3 məhsuldar ötürmə verib.
© Copyright 2026, All Rights Reserved