"Barselona" Jül Kunde ilə müqavilə uzadacaq

"Barselona" əsas oyunçularından biri olan Jül Kundeni uzun müddət heyətində saxlamağı hədəfləyir.
90plus.az xəbər verir ki, İspaniya çempionu fransalı sağ cinah müdafiəçisinin müqaviləsini uzatmağı planlaşdırır. Bu barədə Fransanın “L’Équipe” nəşri məlumat yayıb.
Məlumata görə, klub artıq 26 yaşlı futbolçu ilə razılıq əldə edib. Yeni müqavilənin yaxın günlərdə imzalanacağı və anlaşmanın 2030-cu ilin yayına qədər qüvvədə olacağı gözlənilir.
Qeyd: Jül Kunde “Barselona”ya 2022-ci ilin yayında “Sevilya” klubundan transfer olunub. O, ötən mövsüm Kataloniya təmsilçisinin heyətində 53 rəsmi oyuna çıxaraq 4 qol vurub və 8 məhsuldar ötürmə verib.
© Copyright 2025, All Rights Reserved