“Barselona” “Kamp Nou”ya qayıdır…
“Barselona” rəsmi olaraq La Liqaya müraciət edərək “Atletik Klub”la şənbə günü keçiriləcək oyunu özlərinin ikonik “Kamp Nou” stadionunda baş tutması üçün icazə istəyib və bununla bağlı bütün lazımi sənədləri təqdim edib.
90plus.az xəbər verir ki, klubun bu gün bələdiyyədən təsdiq alacağı gözlənilir. Bu hadisə “Barselona” üçün mühüm məqamdır, çünki komanda “Kamp Nou”nun genişmiqyaslı yenidənqurma işləri səbəbindən son müddətdə Olimpiya Stadionunda oynayırdı.
Stadion ilkin mərhələdə 45 401 oturacaq tutumu ilə fəaliyyət göstərəcək. Tam yenilənmənin isə 2027-ci ilin dekabrında tamamlanacağı gözlənilir.
Bununla belə, tikintinin mərhələlərlə davam etməsi nəticəsində 2025-ci ilin sonunadək tutumun 62 518-ə çatacağı planlaşdırılır.
© Copyright 2025, All Rights Reserved