"Barselona" Levandovskini yollayır
“Barselona” Robert Levandovski ilə bağlı qərarını verib.
90plus.az xəbər verir ki, mövsüm sonunda müqaviləsi bitəcək olan Robert Levandovski ilə bağlı “Barselona” yekun mövqeyini müəyyənləşdirib.
“The Athletic”də yer alan məlumata görə, Kataloniya klubu polşalı hücumçunun müqaviləsini uzatmamaq qərarı verib.
“Fənərbağça” qış transfer pəncərəsində xüsusilə hücum xəttinə gücləndirmə etməyi planlaşdırırdı. Yusif En-Nesirinin performansı sonrası santrafor axtarışını sürətləndirən sarı-göylər “Barselona”nın formasını geyinən Robert Levandovskini əsas hədəflərdən biri kimi görürdü.
Mənbə xəbər verir ki, “Barselona” artıq Levandovskinin yerinə mümkün namizədlər üzərində işə başlayıb və komandaya yeni bir hücumçu transfer etməyi planlaşdırır.
Bu mövsüm “Barselona” forması ilə 15 rəsmi matça çıxan ulduz forvard 8 qol və 1 asistlə komandasına töhfə verib.
© Copyright 2025, All Rights Reserved