"Barselona" Levandovskiyə əvəzləyicini "Dortmund"da tapdı

Dortmund “Borussiya”sının hücumçusu Seru Qirassi gələcək karyerası ilə bağlı yeni seçimlər üzərində düşünür.
90plus.az xəbər verir ki, xarici mətbuatda yayılan məlumatlara görə, 29 yaşlı Qvineya millisinin üzvü “Barselona”nın maraq dairəsindədir.
Kataloniya klubu onu təcrübəli hücumçu Robert Levandovskinin potensial əvəzləyicisi kimi nəzərdən keçirir.
Qirassi klub rəhbərliyi ilə razılığa gələrək, müqaviləsindəki transferə azadlıq klauzasını 65 milyon avroya endirib. Bu bənd 2026-cı ilin yayından etibarən qüvvəyə minəcək.
Xatırlatma: Seru Qirassi cari mövsümdə “Borussiya”nın heyətində 8 rəsmi oyunda forma geyinib, 6 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2025, All Rights Reserved