"Barselona" Meksikadan futbolçu tapdı
"Barselona" yay transfer pəncərəsi öncəsi hücum xəttini gücləndirmək üçün axtarışlarını davam etdirir. Kataloniyalılar Meksikanın “Qvadalaxara” klubunun hücumçusu Armando Qonzalez ilə maraqlanır.
90plus.az xəbər verir ki, 22 yaşlı forvard cari mövsümdə “Qvadalaxara”nın heyətində parlaq çıxışları ilə diqqət çəkib. O, bütün turnirlərdə 17 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Uğurlu performansı nəticəsində Qonzales bir neçə ay əvvəl Meksika millisində də debüt edib.
Gənc hücumçuya yalnız “Barselona” deyil, həmçinin Şotlandiyanın “Seltik” və İngiltərənin “Vest Hem Yunayted” klubları da maraq göstərir. Hər iki tərəfin futbolçunun maaş tələblərini öyrənmək üçün ilkin təmas qurduğu bildirilir.
“Barselona” yayda yüksək səviyyəli hücumçu transfer etməyi planlaşdırır. Klub rəhbərliyi komandanın əsas forvardı Robert Lewandowski üçün uzunmüddətli əvəzləyici tapmaq niyyətindədir.
Beləliklə, Armando Qonzales yay transfer bazarının diqqət mərkəzində olan əsas namizədlərdən birinə çevrilib. Onun gələcəyi ilə bağlı yekun qərarın qarşıdakı aylarda veriləcəyi gözlənilir.
© Copyright 2026, All Rights Reserved