“Barselona” onu istəyir, o da “Real”ı

“Barselona” 16 yaşlı meksikalı istedada elçi düşüb.
90plus.az xəbər verir ki, “Barselona” Meksikanın “Tixuana” klubunda çıxış edən 16 yaşlı yarımmüdafiəçi Gilberto Mora ilə maraqlanır. Kataloniya klubu artıq gənc futbolçunun nümayəndələri ilə ilkin danışıqlara başlayıb.
İspan nəhənginin bu marağı barədə danışan Moranın meneceri Rafaela Pimenta isə iddialı açıqlama verib:
“15 milyon avroya Gilberto Moranı deyil, onun bir ayağını belə ala bilməzsiniz!”
Moranın inkişaf etdiyi “Tixuana” akademiyasının məşqçisi İqnasio Ruvalkaba isə gənc futbolçunun uşaq yaşlarından “Real Madrid” azarkeşi olduğunu bildirib:
“Gilbertonun bir arzusu var — “Real Madrid”də oynamaq. O, bu klubu izləməyi çox sevir və bir gün özünü orada görür.”
📎 Mənbə: ESPN Deportes
© Copyright 2025, All Rights Reserved