"Barselona" prezidenti: "Hakimlər "Real Madrid"ə tərəf durur"
“Barselona” prezidenti Xoan Laporta əzəli rəqib “Real Madrid”i hədəfə aldı.
90plus.az xəbər verir ki, “Barselona” prezidenti Xoan Laporta İspaniya futbolunda davam edən hakim mübahisələri fonunda “Real Madrid” haqqında sərt açıqlamalar verib. O, hakimlərin həmişə Madrid təmsilçisinin xeyrinə qərar verdiyini iddia edərək son həftələrdə yaşanan mübahisəli epizodların La Liqadakı rəqabəti kölgə altına aldığını bildirib.
Laporta, keçən həftə oynanan matçda baş verən hadisələrə toxunaraq deyib:
“‘Real Madrid’ ‘Barselona paranoyasına’ tutulub. Halbuki hakimlər hər zaman ‘Real Madrid’ə tərəf durur. Keçən həftə iki qol vurdular; birində Bellingem topa qolu ilə toxundu, digərində isə Vinisius İñaki Penanın burnunu qırdı.”
Kataloniya klubunun prezidenti bu cür vəziyyətlərin futbolun ədalət hissəsinə zərbə vurduğunu bildirərək sözlərinə belə davam edib:
“Bu cür qərarlar La Liqadakı rəqabəti kölgələyir. ‘Barselona’ olaraq biz sadəcə ədalətli yarış mühiti istəyirik. Hakimlərin tərəfsiz davranması futbolun gələcəyi üçün vacibdir.”
© Copyright 2025, All Rights Reserved