“Barselona” qadınlar üzrə Çempionlar Liqasını qazandı
“Barselona” Qadınlar üzrə UEFA Çempionlar Liqasının qalibi oldu.
90plus.az xəbər verir ki, Kataloniya təmsilçisi finalda Fransanın güclü klubu "Olimpik Lion" klubu üzərində 4:0 hesablı inamlı qələbə qazanaraq turnirin dördüncü titulunu əldə edib.
Oslo şəhərində keçirilən final qarşılaşması gözlənildiyi kimi gərgin start götürüb. İlk hissədə “Lion” yüksək pressinq və sürətli hücumlarla rəqibə çətin anlar yaşadıb.
İkinci hissədə isə oyunun axarı tam dəyişib. “Barselona Femeni” topa nəzarəti ələ alaraq rəqibini öz yarımmüdafiə xəttinə sıxışdırıb və fərqi açmağa başlayıb.
Gecənin qəhrəmanlarından biri Eva Payor olub. Polşalı hücumçu finalda iki qol vuraraq komandasını qələbəyə aparıb və həmçinin matçın ən yaxşı oyunçusu seçilib. Digər tərəfdən Salma Paralluelo da iki qol vuraraq böyük hesablı qələbəni rəsmiləşdirib.
Komandanın liderlərindən Aitana Bonmati və kapitan Aleksiya Putellas da oyunun gedişində həlledici rol oynayıblar. Bonmati mövsüm ərzində bir neçə final məğlubiyyətindən sonra bu dəfə Çempionlar Liqasının kubokunu qaldırmağın sevincini yaşayıb.
Bu qələbə ilə “Barselona Femeni” tarixində UEFA Qadınlar Çempionlar Liqasını dördüncü dəfə qazanaraq Avropanın ən güclü qadın klublarından biri statusunu bir daha təsdiqləyib. Klub son illərdə ardıcıl olaraq final mərhələlərinə yüksəlməklə qadın futbolunda dominant gücə çevrilib.
© Copyright 2026, All Rights Reserved