"Barselona" qapıçısını itirdi - 2-3 həftə sıradan çıxdı
"Barselona"nın qapıçısı Xuan Qarsiyanın zədəsinin nə dərəcədə ciddi olduğu müəyyənləşib.
90plus.az xəbər verir ki, o, "Nyukasl"la Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündə (7:2, ilk qarşılaşma 1:1) matçın son dəqiqələrində ayağından xəsarət alıb.
AS bildirir ki, Qarsiya sol baldır nahiyəsində yaranan kiçik yırtığa görə təxminən 2–3 həftə yaşıl meydanlardan uzaq qalacaq.
© Copyright 2026, All Rights Reserved