"Barselona" Rafinyadan məhrum olacaq
“Barselona” Çempionlar Liqasının 1/4 final mərhələsində çərşənbə günü “Atletiko Madrid”lə qarşılaşmada ən məhsuldar hücumçusundan məhrum olacaq.
90plus.az xəbər verir ki, Rafinya zədə səbəbindən iştirak etməyəcək. O, klubun heyətində Çempionlar Liqasındakı son 33 oyununda 33 qolda birbaşa iştirak edib - 19 qol, 14 assist.
Komandada heç bir digər futbolçu son 33 Çempionlar Liqası oyununda bu cür göstəriciyə nail olmayıb.
Braziliyalı futbolçunun bud arxası əzələsinin zədəsi səbəbindən oyunu buraxması Hans-Diter Flik üçün ciddi itkidir, xüsusilə də belə vacib qarşılaşmada.
Rafinya bu mövsüm Avropada ən seçilən oyunçulardan biri olub, həm dəqiq zərbələri, həm də yaradıcılığı ilə fərqlənib.
© Copyright 2026, All Rights Reserved