"Barselona" Rafinyanın müqaviləsini uzatdı – RƏSMİ

İspaniya La Liqasında çempionluq qazanan "Barselona" komandanın ulduz futbolçusu Rafinya ilə bağlı vacib qərar verib.
90plus.az xəbər verir ki, klub braziliyalı hücumçu ilə müqaviləni rəsmi olaraq uzatdığını açıqlayıb.
2022-ci ildə "Lids Yunayted"dən 58 milyon avroya transfer olunan Rafinya bu mövsüm möhtəşəm çıxışı ilə diqqət mərkəzinə düşüb. Ulduz futbolçu 56 oyunda meydana çıxaraq 34 qol vurub və 35 məhsuldar ötürmə ilə yadda qalıb.
"Barselona"nın rəsmi saytında yayımlanan məlumata görə, Rafinyanın müqaviləsi 2028-ci ilə qədər uzadılıb.
Qeyd: Kataloniya təmsilçisi bu mövsüm La Liqada çempionluğu təmin edib.
© Copyright 2025, All Rights Reserved