"Barselona" Reşforda şərt qoydu - Maaşda endirim
“Barselona” Markus Reşfordun transferi ilə bağlı “Mançester Yunayted”lə razılıq əldə etməyə hazırdır.
90plus.az xəbər verir ki, keçidin reallaşması üçün Reşford “Mançester Yunayted”dəki yüksək maaşının ciddi şəkildə azaldılmasına razılıq verməlidir.
İngiltərəli hücumçunun bütün mövsümü “Barselona”da icarə əsasında keçirməsi nəzərdə tutulur. Kataloniya klubu isə mövsümün sonunda futbolçunu tam transfer etmək niyyətindədir.
Lakin müqavilənin əsas şərtlərindən biri, Reşfordin “Mançester Yunayted”də illik 40 milyon avro məvacibinin əhəmiyyətli dərəcədə azaldılmasına razı olmasıdır.
© Copyright 2025, All Rights Reserved