"Barselona" Reşfordla bağlı qərarını verdi

“Mançester Yunayted”in yarımmüdafiəçisi Markus Reşfordun “Barselona”ya transferi gələn yay gerçəkləşə bilər.
90plus.az xəbər verir ki, hazırda icarə əsasında Kataloniya təmsilçisinin formasını geyinən 27 yaşlı futbolçu klub rəhbərliyinin diqqətini çəkib. Onun göstərdiyi “heyrətamiz” performans “Barselona”nın Reşfordu birdəfəlik transfer etmək qərarını sürətləndirib.
İcarə müqaviləsində satınalma bəndi mövcuddur və “Mançester Yunayted” Reşfordu 30 milyon avroya satmağa razıdır. Məlumata görə, bu məbləğ “Barselona” prezidenti Joan Laporta üçün gözlənilməz dərəcədə münasib hesab edilib və o, bu transferi klub üçün sərfəli yatırım kimi görür.
Qeyd: Reşford cari mövsümdə La Liqada 8 oyuna çıxıb, 1 qol və 3 assistlə yadda qalıb.
© Copyright 2025, All Rights Reserved