“Barselona” Reşfordun transferini rəsmiləşdirir: “Daha yaxşısı yoxdur”
“Barselona” rəhbərliyi Markus Reşfordun müqaviləsində yer alan 30 milyon avroluq satınalma variantını mövsümün sonunda aktivləşdirməyə qərar verib.
90plus.az xəbər verir ki, Kataloniya təmsilçisi mövcud transfer bazarında bu məbləğə Reşford səviyyəsində daha keyfiyyətli hücumçu tapmağın mümkün olmadığını düşünür.
Klub rəsmiləri bildirir ki, indiki bazar şərtlərində İngiltərə millisinin üzvü olan futbolçunun qiyməti “tam transfer uğuru” hesab olunur. “Barselona”nın 28 yaşlı forvetə 2029-cu ilə qədər qüvvədə olacaq 3 illik yeni müqavilə təklif etməsi gözlənilir.
Digər tərəfdən, baş məşqçi Hansi Flikin Reşfordun həm sürətindən, həm də komandaya uyğunlaşmasından olduqca razı olduğu və bu transferi xüsusi olaraq istədiyi qeyd olunur.
Bu mövsüm “Barselona” forması ilə 33 rəsmi oyuna çıxan Markus Raşford, bu qarşılaşmalarda 10 qol və 13 assistlə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved