“Barselona” və “İnter” Konselo üçün hərəkətdə
Fabrizio Romanonun məlumatına görə, son 24 saat ərzində “Barselona” və “Inter” Joao Kanselonun menecerləri ilə əlaqə saxlayıb.
90plus.az xəbər verir ki, “İnter” portuqaliyalını transfer etmək üçün ciddi şəkildə çalışır. “Barselona” isə Kanselo üçün imkanın fərqindədir, amma daxili müzakirələrini davam etdirir.
Kanselo yanvarda “Al Hilal”dan mütləq ayrılacaq.
Bu mövsüm Saudiya Ərəbistanı klubunda qanad müdafiəçisi 1 qol vurub və 2 məhsuldar ötürmə edib. Hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.
Joao Kanselo 2023/24 mövsümündə “Barselona”da oynayıb.
© Copyright 2026, All Rights Reserved