"Barselona" "Kamp Nou"ya qələbə ilə döndü
“Barselona” “Kamp Nou”ya qələbə ilə döndü və və müvəqqəti olsa da, liderliyə yüksəldi.
90plus.az xəbər verir ki, La Liqanın 13-cü turunda “Barselona” uzun fasilədən sonra yenidən öz tarixi arenası “Kamp Nou”da meydana çıxıb. Stadionda aparılan yenilənmə işlərinə görə 909 gün ev oyunu keçirə bilməyən Kataloniya təmsilçisi bu xüsusi günə möhtəşəm qələbə ilə imza atıb.
Xüsusi qarşılaşmada “Atletik Bilabao”nu qəbul edən “Barselona” rəqibini 4–0 hesabı ilə darmadağın edib:
Barselona 4-0 Atletik
Levandovski 4’
F. Torres 45+3’ 90’
F. Lopes 49’
Qollar:
https://t.me/doxsanplus/110979
https://t.me/doxsanplus/110977
https://t.me/doxsanplus/110967
Bu qələbə ilə “Barselona” oyun sayı üstünlüyü və top fərqinə görə La Liqada liderlik kürsüsünə yüksəlib. Kataloniyalı azarkeşlər üçün həm dönüş, həm də möhtəşəm bir bayram gecəsi yaşanıb.
• Kataloniyalılar ardıcıl 10 oyundan sonra ilk dəfə qapılarını toxunulmaz saxladılar.
• 8-ci yerdəki Atletik” mövsümdə indiyədək ən ağır məğlubiyyətini aldı.
© Copyright 2025, All Rights Reserved