"Barselona" yenidən Xavi ilə razılaşdı
İspaniyanın basketbol nəhəngi "Barselona" baş məşqçi Joan Penarroya ilə yollarını ayırdıqdan sonra tanınmış mütəxəssis Xavi Paskual ilə razılığa gəlib.
90plus.az xəbər verir ki, klubun rəsmi məlumatına əsasən, 53 yaşlı ispaniyalı məşqçi 2027–2028 mövsümünün sonuna qədər qüvvədə olacaq müqaviləyə imza atıb.
Paskual “Barselona”nı 2010-cu ildə Avropa Liqasının (EuroLeague) çempionluğuna daşıyan baş məşqçi kimi tanınır. O, 2009–2014-cü illər arasında komandaya rəhbərlik etdiyi dövrdə katalon klubunu beş dəfə Dördlü Final mərhələsinə çıxarmağa nail olub.
Cari mövsümdə Penarroya rəhbərliyi altında “Barselona” Avropa Liqasında 6 qələbə və 4 məğlubiyyətlə 8-ci pillədə qərarlaşıb. Yeni dönəmdə Xavi Paskualdan komandanı əvvəlki uğurlu günlərinə qaytarmaq gözlənilir.
© Copyright 2025, All Rights Reserved