"Barselona"da ciddi itki

İspaniyanın "Barselona" komandasında ciddi itki yaşanıb.
90plus.az xəbər verir ki, La Liqanın çempionu olan klubun hücumçusu Robert Levandovski zədələnib. Bu barədə klubun rəsmi mətbuat xidməti məlumat yayıb.
Polşalı forvard məşq zamanı sol ayaq əzələsindən zədə alıb. 36 yaşlı futbolçunun bərpa müddəti müalicənin gedişatından asılı olacaq.
Qeyd: "Barselona" Robert Levandovskini 2022-ci ilin yayında "Bayern"dən heyətə qatıb. Polşa millisinin üzvü keçən mövsüm Kataloniya klubunun formasını 52 rəsmi oyunda geyinərək 42 qol vurub və 3 məhsuldar ötürmə edib.
© Copyright 2025, All Rights Reserved