"Barselona"da ciddi itkilər

İspaniyanın “Barselona” klubunda ciddi heyət problemləri yaranıb.
90plus.az xəbər verir ki, La Liqa təmsilçisinin qapıçısı Xoan Qarsiya və cinah oyunçusu Rafinya zədə səbəbindən sıradan çıxıblar. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İspaniyalı qapıçı dizindəki zədə ilə üzləşib. 24 yaşlı qolkiperin 4-6 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilib.
Rafinyada isə əzələ problemi aşkarlanıb. Braziliyalı futbolçunun 3 həftə sonra məşqlərə qoşulacağı gözlənilir.
Qeyd: Xoan Qarsiya cari mövsümdə “Barselona” forması ilə 7 rəsmi oyunda iştirak edib. Rafinya isə bu qarşılaşmalarda 3 dəfə fərqlənib və 2 məhsuldar ötürmə verib.
© Copyright 2025, All Rights Reserved