"Barselona"da "El Klassiko" öncəsi vacib itki

90plus.az xəbər verir ki, “Barselona” El Klasiko öncəsi ciddi itki ilə üzləşib. “Diario AS” nəşrinin yaydığı məlumata görə, katalon klubunun yayda “Espanyol”dan transfer etdiyi qapıçı Xoan Qarsiya zədə səbəbilə “Real Madrid”lə matçı buraxacaq.
“Barselona”nın tibbi heyətindən mediaya verilən məlumata əsasən, Xoan Qarsiyanın məşqlərə dönüş tarixi ən tez noyabrın 5-nə planlaşdırılıb. Bu isə onun 26 oktyabrda “Santyaqo Bernabeu”da keçiriləcək El Klasikoda iştirak etməyəcəyini deməyə əsas verir.
Qarsiyanın olmaması “Barselona” üçün itki sayılsa da, “Real Madrid” üçün müəyyən üstünlük sayıla bilər. Xatırladaq ki, ötən mövsüm “Real Madrid” keçirdiyi beş El Klasikonun hamısında uduzmuşdu. Hansi Flikin rəhbərlik etdiyi “Barselona” bu matçlardan ikisində kubok finalında qalib gəlmişdi.
© Copyright 2025, All Rights Reserved