"Barselona"da Lamin Yamal şoku – Hansi Flik: "Doğrudan da çox məyusam"

"Barselona" klubunun gənc ulduzu Lamin Yamalın durumuyla bağlı gözlənilməz hadisə yaşanıb.
90plus.az xəbər verir ki, komandanın baş məşqçisi Hansi Flik futbolçunun zədəli olduğunu və qarşıdakı oyunda meydana çıxmayacağını bildirib.
"Valensiya" ilə oyun öncəsi mətbuata açıqlama verən alman çalışdırıcı, Lamin Yamalın sağlamlıq durumunun narahatedici olduğunu qeyd edib:
"Lamin Yamal sabah oynaya bilməyəcək. İspaniya millisi onun oynaması üçün ağrıkəsici verib və hər iki oyunda, hesab fərqi 3 olduğu halda, onu 73 və 79 dəqiqəyə qədər oynatdılar. Bu iki oyun arasında isə bir dəfə də olsun məşq etmədi. Təəssüf ki, bu yanaşma gənc futbolçuları qorumağa yönəlməyib. Bu barədə doğrudan da çox məyusam", – deyə Hansi Flik bildirib.
Xatırlatma: Lamin Yamal bu mövsüm "Barselona" ilə 3 rəsmi oyunda iştirak edib. Gənc hücumçu bu qarşılaşmalarda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd: 14 sentyabr, saat 23:00 Barselona - Valensiya
TV: İdman TV; Setanta Sports 2; Match TV; Okko Sport; Sportbox.ru; Match! Football 2; matchtv.ru; S Sport; S Sport+ Turkey.
© Copyright 2025, All Rights Reserved