"Barselona" Luis Diası hədəf alıb

"Barselona"nın yeni əsas hədəfi Luis Diasdır.
90plus.az xəbər verir ki, Kataloniya klubu "Atletik Bilbao" ilə müqavilə müddətini 2035-ci ilə qədər uzadan ispaniyalı Niko Uilyamsdan tamamilə əlini çəkib.
Barça yaxın günlərdə və ya həftə ərzində "Liverpul"un vingerini heyətinə qatmağa cəhd göstərəcək.
Diasın mümkün transferi çox çətin görünür. Buna səbəb həm "Liverpul"un daha əvvəl "Barselona" üçün bu məsələdə qapıları bağlaması, həm də Dioqo Jotanın ölümüdür.
Markus Reşford hələ də özünü "Barça"ya təklif edir.
© Copyright 2025, All Rights Reserved