“Barselona”dan ilk turda qalmaqallı qələbə, Reşforddan debüt

Son çempion “Barselona” La Liqanın yeni mövsümünə 3 qollu qələbə ilə start verdi.
90plus.az xəbər verir ki, “Barselona” La Liqa çempionluğunu qorumağa “Malyorka” üzərində qalmaqallı qələbə ilə başladı, həm də Markus Raşford rəsmi debütünü etdi.
Rafinya sağ cinahdan Lamin Yamalın gözəl ötürməsindən sonra hesabı açdı.
Ferran Torres isə Yamaldan gələn zərbəni bloklamağa çalışarkən başından zədə alan kapitan Antonio Rayyo yerə yıxılmış halda olmasına baxmayaraq, ikinci qolu vurdu.
Həmin epizodun ardından hakimlə mübahisəyə görə sarı vərəqə alan Manu Morlanes az sonra Yamala qarşı qayda pozuntusuna görə ikinci sarını gördü və meydandan qovuldu.
Vedat Muriqi isə “Barselona”nın debütant qapıçısı Xoan Qarsiyaya yüksək qaldırılmış ayaqla zərbə endirdiyi üçün əvvəlcə sarı vərəqə aldı, lakin VAR-ın müdaxiləsindən sonra bu qərar qırmızıya yüksəldildi.
“Barselona”ya say üstünlüyünə baxmayaraq, 9 nəfərlik “Malyorka”nın qapısına qol vurmaq üçün təxminən 60 dəqiqə lazım oldu. Yamal əlavə olunmuş dəqiqələrdə komandasının üçüncü qolunu vurdu.
Raşford isə 69-cu dəqiqədə meydana daxil olaraq “Barselona”da debüt etdi və 1989-cu ildən sonra (Qari Linekerdən bəri) klubun əsas komandasında rəsmi oyunda çıxış edən ilk ingilis futbolçu oldu. 27 yaşlı hücumçu mövsümün sonuna qədər “Mançester Yunayted”dən icarəyə götürülüb. O, mərkəz hücumçusu kimi oynasa da, qol vurmaq üçün real imkan əldə etmədi.
Raşford və yay transferi olan Qarsiya yalnız oyun gününün səhərisi La Liqa ilə qeydiyyatdan keçirilə bilmişdilər, səbəb isə klubun maliyyə problemləri idi:
Malyorka 0 - 3 Barselona
Rafinya 7' (assist Yamal)
F. Torres 23'
Lamin Yamal 90+4'
Qollar:
https://t.me/doxsanplus/106266
https://t.me/doxsanplus/106270
https://t.me/doxsanplus/106280