“Barselona”nı liderdən 3 xal ayırır
”Barselona” lider “Real Madrid”in xal itkisindən istifadə edərək fərqi 3-ə endirir.
1. Real Madrid ➖ 31 xal (+16)
2. Barselona ➖ 28 xal (+17)
90plus.az xəbər verir ki, İspaniya La Liqasının 12-ci turunda Robert Levandovski het-trikə imza atdı, Lamin Yamal da fərqlənərək “Barselona”ya qələbə qazandırdı:
Selta 2-4 Barselona
R. Lewandowski 10' (P), 38’, 73’
Sergio Carreira 11'
Borja Iglesias 43'
Lamin Yamal 45+4'
Qollar:
https://t.me/doxsanplus/110495
https://t.me/doxsanplus/110498
https://t.me/doxsanplus/110501
https://t.me/doxsanplus/110505
Bu nəticə ilə Kataloniya təmsilçisi “Real Madrid”lə xal fərqini 3-ə endirdi.
Günün əvvəlində “Real”ın “Rayo Valyekano” ilə heç-heçə oynamasından sonra “Barselona” xalını 28-ə yüksəltdi və 3-cü pillədə qərarlaşan “Vilyarreal”ı iki xal geridə qoydu.
“Selta” isə 13 xalla turnir cədvəlində 13-cü sırada qalır və avrokubok zonasından 5 xal uzaqdır.
Bu nəticə “Barselona” üçün milli fasilə ərəfəsində əhəmiyyətli motivasiya oldu. Bununla belə, komanda görüşü 10 nəfərlə başa vurdu — Frenki de Yonq əlavə vaxtda ikinci sarı vərəqə alaraq meydandan qovuldu.
“De Yonq möhtəşəm oynadı, oyunun tempinə tam nəzarət edirdi. İnanılmaz səviyyədə çıxış edir. Onun növbəti matçı buraxması yaxşı deyil, amma buna uyğunlaşmalı olacağıq,” – Flik əlavə edib.
“Hər zaman milli fasiləyə qələbə ilə getmək daha yaxşıdır. Ümid edirəm, hamı sağlam şəkildə geri dönəcək.” - Hansi Flik.
© Copyright 2025, All Rights Reserved