"Barselona"nın futbolçusu millidən çıxarıldı

İspaniya milli komandasının heyətində ciddi itki baş verib.
90plus.az xəbər verir ki, “Barselona”nın yarımmüdafiəçisi Dani Olmo zədə səbəbindən yığmanın düşərgəsini tərk edib. Bu barədə məlumatı İspaniya Futbol Federasiyasının rəsmi saytı yayıb.
27 yaşlı hücumameyilli yarımmüdafiəçidə əzələ problemi aşkarlanıb. Futbolçu müalicəsini davam etdirmək üçün klubuna qayıdıb.
Qeyd: İspaniya millisi DÇ-2026-nın seçmə mərhələsində oktyabrın 11-də Gürcüstanla, 14-də isə Bolqarıstanla qarşılaşacaq.
© Copyright 2025, All Rights Reserved