"Barselona"nın futbolçusu Ərəbistan yolunda

İniqo Martines "Barselona" ilə yollarını ayırıb.
90plus.az xəbər verir ki, Kataloniya təmsilçisi 34 yaşlı müdafiəçinin klubdan ayrıldığını rəsmi olaraq təsdiqləyib. Martines "Barsa"nın heyətində iki mövsüm keçirib və bu müddətdə bütün turnirlər üzrə 71 qarşılaşmada forma geyinib.
Xatırlatma: Daha əvvəl yayılan məlumatlara əsasən, ispan mərkəz müdafiəçisi karyerasını Səudiyyə Ərəbistanının "Al-Nəsr" klubunda davam etdirə bilər.
© Copyright 2025, All Rights Reserved