"Barselona"nın geridönüşü yarımçıq qaldı
90plus.az xəbər verir ki, İspaniya Kral Kubokunun yarımfinal mərhələsinin cavab oyununda "Barselona" doğma meydanda "Atletiko Madrid"i qəbul edib. İlk görüşdə Madrid təmsilçisi 4:0 hesablı inamlı qələbə qazandığı üçün katalonlar çətin tapşırıqla üz-üzə idilər.
Cavab matçında "Barselona" 3:0 hesabı ilə qalib gəlsə də, iki oyunun ümumi nəticəsinə görə (4:3) finala yüksələn tərəf "Atletiko Madrid" olub.
"Barselona"nın ilk qolunu 29-cu dəqiqədə 18 yaşlı Mark Bernal vurub. İlk hissənin sonlarına yaxın Rafinya 45+5-ci dəqiqədə penaltidən fərqi iki topa çatdırıb və komandası fasiləyə 2:0 hesablı üstünlüklə yollanıb.
Matçın 72-ci dəqiqəsində yenidən Mark Bernal səhnəyə çıxaraq hesabı 3:0 edib və katalon azarkeşləri ümidləndirib. Lakin qalan dəqiqələrdə başqa qol olmayıb və bu nəticə "Barselona" üçün kifayət etməyib.
Matçda vurulan qolların videolarına bu cümləyə klik edərək keçid edin
Turnirin digər yarımfinalında "Real Sosyedad" ilə "Atletik Bilbao" qarşılaşacaq. İlk oyunda səfərdə 1:0 hesablı qələbə qazanan "Real Sosyedad" üstün tərəfdir.
Kral Kubokunun final oyunu 18 aprel tarixində keçiriləcək və "Atletiko Madrid" həlledici görüşdə "Real Sosyedad" – "Atletik Bilbao" cütünün qalibi ilə üz-üzə gələcək.
© Copyright 2026, All Rights Reserved