"Barselona"nın gənc ulduzu UNİCEF-in səfiri oldu

İspaniya millisinin və “Barselona”nın futbolçusu Lamin Yamal UNİCEF-in səfiri olub.
90plus.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
17 yaşlı vinger bu statusu təmənnasız və könüllü olaraq daşıyacaq.
Qeyd: Lamin Yamal bu mövsüm “Barselona”nın heyətində 16 oyuna çıxaraq 6 qol vurub və 8 qolun ötürməsini edib.
“Transfermarkt” portalına görə, onun transfer qiyməti 150 milyon avrodur.
© Copyright 2025, All Rights Reserved