"Barselona"nın hücumçusu meydanlara dönür

"Barselona"nın forvardı Robert Levandovski artıq komanda ilə birlikdə məşqlərə qoşulub.
90plus.az xəbər verir ki, bu barədə "AS" qəzeti məlumat yayıb.
Polşalı hücumçu hazırlıq toplanışı zamanı sol ayağından xəsarət almışdı. Mətbuatda onun ən azı 3 həftə meydana çıxmayacağı və yalnız sentyabrın ortalarında oyuna qayıda biləcəyi qeyd olunmuşdu.
Lakin mənbənin məlumatına görə, Levandovski zədəsini gözləniləndən daha tez bərpa edib. Onun avqustun 23-də La Liqanın 2-ci turunda "Levante"yə qarşı matçda oynaya bilməsi ehtimal olunur.
© Copyright 2025, All Rights Reserved