"Barselona"nın məşqçisi "ən yaxşı" seçildi

Almaniyanın Hamburq şəhərində "Bild" mükafatlarının təqdimetmə mərasimi baş tutub.
90plus.az xəbər verir ki, "Barselona"nın baş məşqçisi Hans-Diter Flik ilin ən yaxşı məşqçisi seçilib.
Geridə qalan mövsümdə Kataloniya klubu Flikin rəhbərliyi ilə həm La Liqa çempionu olub, həm də İspaniya kubokuna sahib çıxıb. Bu nəticə "Barselona"nın tarixində sayca 9-cu "qızıl dubl" kimi yadda qalıb.
Xatırlatma: Hans-Diter Flik 2024-cü ilin yayında "Barselona"nın sükanı arxasına keçib.
© Copyright 2025, All Rights Reserved