La Liqanın ən pullusu “Barsa"dan olacaq

"Barselona"nın oyunçusu Frenki de Yonq 2024/2025 mövsümündə La Liqada ən çox qazanan futbolçu olacaq.
90plus.az xəbər verir ki, futbolçunun vergiləri çıxdıqdan sonra illik gəliri 37,5 milyon avro təşkil edəcək.
İkinci yerdə Kataloniya klubunun digər oyunçusu Robert Levandovski yer alıb. O, 33,3 milyon avro əldə edəcək.
Üçüncü yerdə isə illik 31,3 milyon avro qazancla "Kral klubu"nun yeni transferi Kilian Mbappe qərarlaşıb.
Mənbə: Сapology
© Copyright 2025, All Rights Reserved