"Barselona"nın oyunu polşalı hakimi işindən etdi

Polşalı hakim Çempionlar Liqasının finalını idarə etməyəcək.
90plus.az xəbər verir ki, UEFA-nın Çempionlar Liqasının final görüşünü idarə etmək üçün əsas namizədi olan polşalı hakim Şımon Marçinyak gözlənilmədən bu qarşılaşmadan kənarlaşdırılıb.
UEFA-nın qərarına əsasən, Marçinyak nəinki "Çempionlar Liqası"nın finalını, həmçinin nə "Avropa Liqası", nə də "Konfrans Liqası" finalını idarə etməyəcək. Bu sərt qərarın səbəbi kimi "İnter" və "Barselona" komandaları arasında keçirilən yarımfinal mərhələsinin cavab oyununda Marçinyakın verdiyi bir neçə mübahisəli qərar göstərilir.
Həmin qarşılaşmada onun idarəçiliyi ciddi narazılıq yaratmış və futbol ictimaiyyətində geniş müzakirələrə səbəb olmuşdu. UEFA-nın bu addımı qurumun hakim idarəçiliyinə ciddi yanaşdığını bir daha nümayiş etdirir.
© Copyright 2025, All Rights Reserved