“Barselona”nın prezidenti fırıldaqçılıqda ittiham olunur
Joan Laporta fırıldaqçılıq ittihamı ilə üzləşib – 100 min avroluq iş məhkəmədədir.
90plus.az xəbər verir ki, “Barselona”nın prezidenti Joan Laporta 100 min avroya yaxın məbləğdə fırıldaqçılıq işi üzrə rəsmi şəkildə ittiham olunub. Bu, Laportanın adının fırıldaqçılıq iddiaları ilə üçüncü dəfə hallanmasıdır.
İspaniya mətbuatının yaydığı məlumata görə, bir qadın Laporta ilə əlaqəli olan iki şirkətə təxminən 100 min avro sərmayə yatırıb və sonradan aldadıldığını iddia edib. Məhz bu şikayət əsasında məhkəmə işi açılıb.
Bildirilir ki, yanvarın 16-da Joan Laporta bu iş üzrə ifadə vermək üçün məhkəməyə çağırılıb. Onunla yanaşı, “Barselona”nın vitse-prezidenti Rafael Yuste, eləcə də klubun sabiq funksionerləri də dindirilməlidir.
Hazırda ittihamlar araşdırma mərhələsindədir. Lakin bu hadisə Laportanın rəhbərliyi dövründə klubun imicinə yönələn ən ciddi hüquqi qalmaqallardan biri kimi qiymətləndirilir.
Qeyd: Joan Laporta daha əvvəl də oxşar maliyyə iddiaları ilə istintaq predmetinə çevrilmişdi. Bu yeni iş isə onun ətrafındakı sualları daha da artırıb.
© Copyright 2026, All Rights Reserved