“Barselona”nın sponsorlardan rekord qazancı var

🇪🇸 “Barselona” forma sponsorluğundan rekord gəlir götürüb.
90plus.az xəbər verir ki, “Barselona”nın idman uğurları klubun kommersiya baxımından da ciddi qazanc əldə etməsinə şərait yaradıb. Klub prezidenti Joan Laportanın açıqlamasına görə, “Barcelona Licensing & Merchandising” (BLM) ötən maliyyə ilində 140-150 milyon avro arası gəlir əldə edib.
Kişi və qadın komandalarının formalarında görünən əsas sponsorluq müqavilələri bu gəlirin əsas hissəsini təşkil edir. Ən böyük iki tərəfdaş Spotify və Nike-dır.
🎵 Spotify — əsas forma sponsoru olaraq klub üçün ildə təxminən 65 milyon avro ödəyir. Bonuslarla birlikdə bu rəqəm 70 milyon avroya qədər yüksəlir.
👟 Nike — 2024-cü ilin noyabrında müqaviləni yeniləyən forma təchizatçısıdır. Klub illik 122 milyon avro qazanır.
🇨🇳 Asiya turu zamanı komandanın formalarında əlavə sponsorlar da yer alıb:
Nəticədə, “Barselona” forma sponsorlarından ildə 209 milyon avrodan çox gəlir əldə edir. Cupra-nın töhfəsi bu məbləği bir qədər də artırır.
© Copyright 2025, All Rights Reserved