“Barselona”nın yeni “10 nömrə”si: Lamin Yamal

“Barselona” klubu rəsmi olaraq Lamin Yamalın müqaviləsini 2031-ci ilə qədər uzatdığını və gənc futbolçunun artıq komandanın “10 nömrəli” formasını daşıyacağını açıqlayıb.
90plus.az xəbər verir ki, klub bu münasibətlə imza mərasimi də təşkil edib.
“Barselona” akademiyası La Masiyanın son illərdə yetişdirdiyi ən parlaq istedadlardan biri olan 18 yaşlı Lamin Yamal qısa müddətdə əsas komandada önəmli rol oynamağa başlayıb. Onun möhtəşəm çıxışlarından sonra klub rəhbərliyi hərəkətə keçərək uzunmüddətli müqavilə üçün addım atıb.
Yeni müqavilə ilə yanaşı, Lamin Yamalın illik maaşı da 16 milyon avroya yüksəldilib. Ən diqqətçəkən məqamlardan biri isə, “Barselona” tarixində Lio Messi, Ronaldinyo, Rivaldo kimi əfsanələrin geyindiyi “10 nömrə”li formanı Yamala verilməsidir.
Bu qərar klubun gənc futbolçuya olan böyük inamının və gələcək lider kimi yetişdirmək niyyətinin bariz göstəricisidir.
© Copyright 2025, All Rights Reserved