Baş məşqçi Mauritsio Sarri yeni transferi tanımadı
“Latsio” transfer etdi, baş məşqçi Sarri: “Bu futbolçunu tanımıram”.
90plus.az xəbər verir ki, “Latsio” heyətini hücumçu Petar Ratkovla gücləndirib. Roma klubu 21 yaşlı forvardı Avstriyanın “Red Bull Zalsbuq” klubundan 13 milyon avro qarşılığında transfer edib.
Lakin transferdən sonra baş məşqçi Mauritsio Sarrinin açıqlamaları diqqət çəkib. Təcrübəli mütəxəssis yeni futbolçu barədə kifayət qədər məlumata malik olmadığını etiraf edib:
Mauritsio Sarri: “Bu futbolçunu tanımıram. Klubda çalışan digər insanlar yəqin ki, onu məndən daha yaxşı tanıyırlar. Açığı, onunla bağlı nə deyə biləcəyimi də bilmirəm. Avstriya liqasını izləməyə vaxtım yoxdur və bu tamamilə normaldır. Elə buna görə də klublarda 7-8 skaut çalışır. Məsələn, ‘Çelsi’də bu rəqəm 30 idi.”
Petar Ratkov karyerası ərzində əsasən Avstriya Bundesliqasında çıxış edib və fiziki gücü ilə seçilən mərkəz hücumçusu kimi tanınır. “Latsio”nun onu uzunmüddətli perspektiv üçün transfer etdiyi bildirilir.
Qeyd: Bu transferdən sonra Sarrinin klubdakı transfer siyasətində nə dərəcədə söz sahibi olması ilə bağlı müzakirələr də yenidən gündəmə
© Copyright 2026, All Rights Reserved