Basketbol: Klubumuz Avropa Kubokunun əsas mərhələsində

Azərbaycanın “Abşeron Lions” basketbol komandası Avropa Kubokunun əsas mərhələsinə yüksəlib.
90plus.az xəbər verir ki, baş məşqçi Erhan Tokerin rəhbərlik etdiyi kollektiv I təsnifat mərhələsinin cavab oyununda səfərdə Kiprin “Anortosis” komandası ilə qarşılaşıb. Oyunu rəqib 77:60 hesabı ilə qazanıb.
Lakin Azərbaycan təmsilçisi ilk görüşdə 89:73 hesabı ilə qalib gəldiyi üçün ümumi nəticəyə görə mərhələ adlamağa nail olub.
Qeyd: "Abşeron Lions” əsas mərhələyə yüksəlmək hüququnu daha yaxşı nəticələrinə əsaslanaraq qazanıb.
© Copyright 2025, All Rights Reserved