Basketbol: Türkiyə millisi finalda Almanlara uduzdu

Türkiyə Basketbol millisi Avropa çempionatını gümüş medalla başa vurdu.
90plus.az xəbər verir ki, Türkiyə milli basketbol komandası "EuroBasket 2025" turnirində finala qədər irəliləyib. Türkiyə millisi həlledici qarşılaşmada Almaniya ilə üz-üzə gəlib.
Gərgin mübarizə şəraitində keçən görüş 88:83 hesabı ilə rəqibin qələbəsi ilə nəticələnib. Bu məğlubiyyətlə Türkiyə yığması turniri ikinci yerdə başa vuraraq gümüş medala sahib olub.
Final matçına Türkiyə “Larkin, Şehmus, Cedi, Ercan və Alperen” beşi ilə başlayıb. Xüsusilə Alperen Şengün yüksək performansı ilə seçilərək 25 xala yaxın nəticə göstərib və bu göstəriciyə çatan ən gənc oyunçulardan biri kimi yadda qalıb.
Türkiyə milli komandası tarixində ikinci dəfə Avropa çempionatında gümüş medal qazanıb. İlk dəfə bu uğur 2001-ci ildə yaşanmışdı.
© Copyright 2025, All Rights Reserved