“Bayer 04” ilk 4-lüyə girdi
"Bayer Leverkuzen”dən 2 qollu qələbə və ilk 4-lüyə yüksəlir.
90plus.az xəbər verir ki, Almaniya Bundesliqasının 14-cü turunda “Bayer Leverkuzen” son iki məğlubiyyət seriyasına son qoyub.
Bundesliqada son iki oyununu uduzan “Bayer Leverkuzen” bu qələbə sayəsində “Ayntraxt Frankfurt” və “Hoffenhaym”ı geridə qoyaraq yenidən ilk dördlüyə yüksəlib:
Bayer 2 - 0 Köln
Martin Terye 66'
Robert Andrix 72'
Andrixin baş zərbəsi oyunun taleyini tam həll edib. Bu, alman yarımmüdafiəçinin 2024-cü ilin oktyabrından, “Ayntraxt Frankfurt”la oyundan sonra vurduğu ilk qol olub.
Yulmanın komandası müdafiədə də etibarlı təsir bağışlayıb.
Terye isə mövsümün ən gözəl qollarından birinə imza atıb. Maraqlıdır ki, onun Bundesliqadakı iki qolunun hər ikisi oyuna sonradan daxil olduqdan sonra qeydə alınıb.
© Copyright 2025, All Rights Reserved