"Bayer" 18 yaşlı hücumçu aldı

"Albasete" klubunun hücumçusu Kristian Kofane karyerasını "Bayer"də davam etdirəcək.
90plus.az xəbər verir ki, Leverkuzen təmsilçisi 18 yaşlı kamerunlu futbolçu ilə 2029-cu ilin yayına qədər müqavilə imzalayıb.
Almaniya klubu oyunçunun transferi üçün müqaviləsindəki 5 milyon avroluq sərbəstqalma şərtini aktivləşdirib.
Kofane 2024-cü ilin noyabr ayından "Albasete"nin heyətində çıxış edirdi. O, geridə qalan mövsümdə Sequnda divizionunda 20 matçda forma geyinib, 8 qolla yadda qalıb və 1 assist edib.
© Copyright 2025, All Rights Reserved