“Bayer” geridönüşlə uddu! 18 yaşlısı qol vurdu
Leypsiqdə üzüntü: "Bayer Leverkuzen" geri dönüş edərək 3-1 hesabı ilə qalib gəldi.
90plus.az xəbər verir ki, Almaniya Bundesliqasının 15-ci turunun maraqlı qarşılaşmasında “Bayer Leverkusen” səfərdə “Leypsiq”i məğlub etdi.
35-ci dəqiqədə ev sahibi komanda Şlagerin qolu ilə önə keçdi. Lakin “Bayer” sürətli reaksiyaya keçdi: 40-cı dəqiqədə Terrier hesabı bərabərləşdirdi, 44-cü dəqiqədə isə Patrik Şik komandaya üstünlük qazandırdı.
Matçın son dəqiqələrində 18 yaşlı Culbreath Bundesliqadakı ilk qolunu vuraraq hesabı 3-1 etdi:
Leypsiq 1 - 3 Bayer 04
Şlager 35’
Terier 40’
P. Şik 44’
M. Culbreath 90+7’
Fransız futbolçular Lukeba, Belocian, Bade və Terrier isə qarşılaşmada start heyətdə yer almışdı.
Bu nəticədən sonra “Bayer Leverkusen” 3-cü pilləyə yüksələrək “Leypsiq”i geridə qoydu.
© Copyright 2026, All Rights Reserved