“Bayer Leverkuzen” “Qarabağ” haqda zarafat postu paylaşdı

“Bayer Leverkuzen”dən “Qarabağ” zarafatı: “Onlarla yenidən düşməyəcəyik, eləmi?”
90plus.az xəbər verir ki, UEFA Çempionlar Liqasının liqa mərhələsinin püşkatması öncəsi Almaniyanın “Bayer Leverkuzen” klubu rəsmi sosial media hesabında diqqətçəkən paylaşım edib. Bundesliqa təmsilçisi ötən mövsüm Avropa Liqasında “Qarabağ”la üz-üzə gəldiyi oyunları xatırladaraq zarafatla bu dəfə onların eyni qrupa düşməyəcəyindən sevinib:
Klubun paylaşımında yazılıb:
“IT’S THE CHAMPIONS LEAGUE DRAW TODAY! – Bu gün Çempionlar Liqasının püşkatmasıdır!
GREAT! WE CAN’T GET QARABAG RIGHT? – Əla! Biz “Qarabağ”la düşməyəcəyik, eləmi?”
Leverkuzen klubu bununla “Qarabağ”ın ötən mövsüm yaratdığı çətinlikləri xatırladıb.
“Qarabağ” – “Bayer” duelinin tarixi
2023/24 mövsümündə UEFA Avropa Liqasının 1/4 final mərhələsində tərəflər iki oyunda üz-üzə gəldi:
Xüsusilə Bakıda keçirilən ilk oyun (2:2) və Almaniyada baş tutan cavab matçında (3:2) “Qarabağ” Bundesliqa nəhəngini ciddi şəkildə çətin vəziyyətə salmışdı. Qurban Qurbanovun komandası son dəqiqələrədək yarımfinal şansını qorusa da, əlavə vaxtda buraxılan qollarla mübarizəni dayandırmışdı.
🔗 Daha çox futbol xəbəri üçün: 90plus.az
© Copyright 2025, All Rights Reserved