"Bayer Leverkuzen" Ten Haqı Xavi ilə əvəz etmək istəyir

Almaniya Bundesliqasının son çempionu olan "Bayer Leverkuzen" baş məşqçi axtarışına başlayıb. Klubun sabiq "Barselona" çalışdırıcısı Xavi Ernandeslə danışıqlara başladığı bildirilir.
90plus.az xəbər verir ki, "Bayer Leverkuzen" cəmi 3 oyunda bir qələbə, bir heç-heçə və bir məğlubiyyətlə yadda qalan Erik ten Haqla yollarını ayırdıqdan sonra yeni namizədlər axtarmağa başlayıb.
Klub rəhbərliyi əsas namizədlərdən biri kimi Xavini seçib. Onun La Liqa təcrübəsi və hücumameyilli futbol fəlsəfəsi "Bayer Leverkuzen" tərəfindən yüksək qiymətləndirilib.
Məlumata əsasən, alman klubu 45 yaşlı mütəxəssislə birbaşa əlaqə saxlayaraq, onu bu mövsüm "BayArena"da sükan arxasına keçməyə razı salmağa çalışıb.
Lakin Xavi təklifi rədd edib. İspaniyalı çalışdırıcı hazırda məşqçiliyə qayıtmağa hazır olmadığını bildirib və bununla da yaxın müddətdə baş məşqçiliyə dönməyəcəyini aydın şəkildə ortaya qoyub.
"Bayer Leverkuzen" isə Erik ten Haqın yerinə yeni baş məşqçi axtarışını davam etdirəcək. Gələn günlərdə yeni namizədlərin adlarının açıqlanacağı gözlənilir.
© Copyright 2025, All Rights Reserved