“Bayer Leverkuzen” Erik ten Haqı qovdu

Almaniya Bundesliqasında çıxış edən “Bayer Leverkuzen” mövsümün əvvəlində komandanın başına gətirilən hollandiyalı baş məşqçi Erik ten Haqla yollarını ayırıb.
90plus.az xəbər verir ki, 55 yaşlı mütəxəssis 1 iyul tarixində “Bayer Leverkuzen”in baş məşqçisi təyin edilmişdi. O, komandanın sükanı arxasında cəmi iki ay qalıb və bu müddət ərzində 3 rəsmi oyuna çıxıb.
Ten Haqın rəhbərliyi altında “Bayer Leverkuzen” Almaniya Kubokunda “Zonnenhof”u 4:0 hesabı ilə məğlub etsə də, Bundesliqanın ilk iki turunda uğursuz nəticələr alıb — əvvəlcə “Hoffenhaym”a 1:2 uduzub, ardınca isə “Verder Bremen”lə 3:3 bərabərə qalıb.
Ten Haq bundan əvvəl “Go Ahead Eagles”, “Utrext”, “Ayaks” və “Mançester Yunayted” kimi klublarda çalışmışdı.
© Copyright 2025, All Rights Reserved