“Bayer Leverkuzen”in namizədi Postekoqludur

“Bayer” Leverkuzen Erik ten Haq fiaskosundan sonra yeni baş məşqçi kimi Anqe Postekoqlunu nəzərdən keçirir.
90plus.az xəbər verir ki, Anqe Postekoqlu yenidən diqqət mərkəzinə düşüb. “Bayer” Leverkuzen və “Fənərbağça” keçmiş “Mançester Yunayted” çalışdırıcıları Erik ten Haq və Joze Mourinyo ilə yollarını ayırdıqdan sonra Avropada yenidənqurma layihələri üçün “Tottenhem”in sabiq baş məşqçisini namizədlər sırasına daxil ediblər.
Məlumata görə, “Bayer” Leverkuzen Erik ten Haqın gözlənilməz istefasından sonra yeni baş məşqçi postuna Postekoqlunu gətirməyi nəzərdən keçirir. Çempionlar Liqasına hazırlaşan alman klubu Avropa təcrübəsi olan bir mütəxəssisi komandaya gətirmək istəyir və qısa müddətdə 60 yaşlı yunan-avstraliyalının adı siyahının ön sırasına yüksəlib.
Qeyd: Postekoqlu ötən mövsüm Avropa Liqasının finalında “Tottenhem”i “Mançester Yunayted” üzərində qələbəyə daşıyaraq klubun 17 illik titul həsrətinə son qoymuşdu. Lakin tarixi uğura baxmayaraq, dalğalı liqa çıxışları fonunda iki illik dövrünün sonunda o da klub rəhbərliyi tərəfindən istefaya göndərildi.
© Copyright 2025, All Rights Reserved